İrəvanın mərkəzində partlayış nəticəsində 7 nəfər yaralanıb

2-04-2018, 23:36           
İrəvanın mərkəzində partlayış nəticəsində 7 nəfər yaralanıb
İrəvanın mərkəzindən keçən Şimal prospektində güclü partlayış baş verib.Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Aprelin 2-də 20:44-də (Bakı vaxtı ilə eynidir — REPORT) İrəvanın Şimal prospektində partlayışın baş verdiyi, yaralıların olduğu və xilasedici yardımına ehtiyacın olması barədə siqnal daxil olub”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, hadisə yerinə 4 xilasedici qrup, xüsusi xidmət qrupu və Böhran İdarəetmə Milli Mərkəzinin təcili yardım qüvvələri göndərilib.

“İnterfax” Ermənistan FHN-ə istinadən xəbər verir ki, partlayış zamanı 7 nəfər xəsarət alıb.

“Birinci ilkin məlumata görə, qaz balonu partlayıb. Yeddi nəfər xəsarət alıb. Ölən yoxdur”, – deyə idarədən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru