Rusiyanın ticarət mərkəzlərindən birində terror hücumunun qarşısı alınıb

10-04-2018, 16:17           
Rusiyanın ticarət mərkəzlərindən birində terror hücumunun qarşısı alınıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Saratovdakı ticarət mərkəzlərindən birində terror hücumunun qarşısını alıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə FTX-nın direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, Rusiyanın FTX ilin əvvəlindən bəri hazırlıq mərhələsində olan altı terror aktının, o cümlədən seçki məntəqələrində və ticarət mərkəzində planlaşdırılan aktın qarşısını alıb.

"Martda Saratov vilayətində İŞİD terror qruplaşmasının yuvasının üzvləri ticarət mərkəzlərindən birində terror aktı törətməyi planlaşdıran zaman məhv edilib. Onların üzərindən silah, təxminən, 3 kq trotil ekvivalentdə əldəqayırma partlayıcı qurğu aşkar edilib", - A.Bortnikov deyib.

O qeyd edib ki, son dövrlərdə FTX 12 terror yuvasının fəaliyyətini dayandırıb, 188 nəfər saxlanılıb və 12 nəfər neytrallaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru