14 yaşlı qıza təcavüz edib öldürən İraqdan Almaniyaya gətirildi – VİDEO

10-06-2018, 11:32           

14 yaşındakı Susanna Maria Feldmanın qatili İraqda tutularaq Almaniyaya gətirilib. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Horst Zeehofer məlumat verib. Onun sözlərinə görə, qatil 20 yaşlı Əli Bəşər (Ali Bashar) İraq polisi tərəfindən keçirilən bir əməliyyatla həbs edilib. O, dünən axşam saatlarında Ərbildən Frankfurta gətirilib.

Məlumat üçün bildirək ki, Almaniyada mayın 22-dən etibarən axtarışda olan və sonra təcavüz edilərək öldürülüb meşəyə atılan 14 yaşındakı Susanna Maria Feldmanın qatili İraqa qaçmışdı. İki həftə axtarılan 14 yaşındakı qızın cəsədi çərşənbə günü tapılmışdı. Müəyyən edilmişdi ki, ona meşədə təcavüz etdikdən sonra öldürüblər. Susannanın qatil və qatillərinin axtarşı üçün ölkəboyu keçirilən əməliyyat qısa zamanda nəticəsini vermişdi.

Visbaden şəhər polisindən verilən açıqlamaya görə, 14 yaşlı qızın qatili 20 yaşlı İraqdan olan qaçqın Əli Bəşərdir. (Ali Bashar)

O, Almaniyada qaçqınlar üçün nəzərdə tutulan yataqxanada yaşayırmış. Polisin məlumatında bildirilir ki, 14 yaşlı qızı öldürənlər iki nəfər olublar. Onlardan biri tutulub. Digəri – Əli Bəşər isə, saxta pasportla 7 nəfərlik ailəsi ilə Düsseldorfdan İstanbula ordan da Ərbil şəhərinə qaçıb.

Polis hadisə ilə əlqaəsi olan bir Türkiyə vətəndaşını da həbs edib.

Video: BILD / Anne Pauly / Reuters













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru