G-7 sammitində gərginlik – Tramp küncə sıxışdırıldı – FOTO

10-06-2018, 17:24           

Bu il G-7 zirvə sammitində ABŞ prezidenti Trampa qarşı 6 ölkənin etirazı gündəmə damğa vurub.

Turkustan.info bildirir ki, bu il Kanadanın ev sahibliyi etdiyi G-7 sammiti gərgin anlarla yadda qalıb. Çünki sammit baş tutmazdan əvvəl hələ zirvədə iştirak edən ölkə liderlərinin bir-biriləri haqqında verdikləri açıqlamalar aralarında gərginliyi daha da artırmışdı.

Belə ki, Fransa prezidenti Emmanuel Makron G-7 sammitinin ABŞ-sız da davam edə biləcəyini bildirərək Trama qarşı sərt çıxış edib.

Daha sonra bir araya gələn liderin gündəm olan məsələsi ABŞ-ın gömrük vergilərini artırması olub. Avropa ölkələri bundan əvvəl də Trampın bu qərarına sərt şəkildə etiraz etmişdi.

Lakin G-7 sammiti zamanı yaşanan gərginliyi təsvir edən şəkil isə dünya mediasına gündəm olub. Şəkildə Merkel Trampa dərdini danışmağa çalışır. Tramp isə soyuqqanlı bir şəkildə öz kürsüsündə oturub və sanki bütün deyilənlərin sadəcə bəhanə olduğunu bildirir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru