Konqres Rusiyaya qarşı yeni sanksiya təklifi gözləyir
18-07-2018, 00:03
ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə spiker Pol Rayan açıqlama verib: “Əgər müvafiq qurumlar Rusiyaya qarşı yeni sanksiya təklifləri hazırlasalar mən onları nəzərdən keçirməyə şad olaram”.
ABŞ Konqresində Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsinə tərəfdar olanların sayı kifayət qədərdir.