Tramp Obamanı yalan danışmaqda günahlandırıb

23-07-2018, 06:06           
Tramp Obamanı yalan danışmaqda günahlandırıb
ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanı tənqid edərək onu yalan danışmaqda günahlanddırıb.

"Report" xəbər verir ki, bu barədə Tramp "Twitter"dəki səhifəsində yazıb.

ABŞ-ın hazırkı prezidenti ona diqqət yetirib ki, Obama Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsi barədə bilirdi.

"Niyə o, bununla bağlı heç nə etmədi? Bizim (seçkiöncəsi) qərargahımıza niyə demədi? Çünki bütün bunların hamısı böyük bir yalandır. O, düşünürdü ki, fırıldaqçı Hillari (ABŞ-ın keçmiş dövlət katibi və seçkilərdə Trampın rəqibi olmuş Hillari Klinton) qalib gəlməli idi" – deyə Tramp vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.