Vaşinqtonda Tramp və Yunker arasında görüş olub

26-07-2018, 01:26           
Vaşinqtonda Tramp və Yunker arasında görüş olub
ABŞ və Avropa İttifaqı qarşılıqlı faydalı əlaqələrin yeni mərhələsinə qədəm qoyurlar.



APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşün yekunlarına dair mətbuat konfransında bəyan edib.



“Biz bu gün Ağ Evdə münasibətlərimizdə yeni mərhələyə qədəm qoymaq, güclü münasibətlər qurmaq üçün görüşdük”, deyə D.Tramp bildirib. Onun sözlərinə görə, ABŞ və Aİ Ümumdünya Ticarət Təşkilatının islahatı üçün birgə işləyəcəklər.



“Hələ ki ticarət məsələlərinə dair danışıqlar davam edir, Avropa İttifaqı və ABŞ qarşılıqlı olaraq yeni rüsumların tətbiqindən çəkinəcəklər. Biz həmçinin energetika sahəsində əməkdaşlığı gücləndirməyə qərar verdik”, deyə J-K.Yunker qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru