“Allah mənə Pakistanla bağlı arzularımı gerçəkləşdirmək imkanı bəxş etdi” –İmran Xanın partiyası qələbə qazanıb

27-07-2018, 00:00           
“Allah mənə Pakistanla bağlı arzularımı gerçəkləşdirmək imkanı bəxş etdi” –İmran Xanın partiyası qələbə qazanıb
Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan Pakistan parlamentinin (Milli Assambleya) Aşağı Palatasına ümumxalq seçkilərində rəhbərlik etdiyi partiyanın qələbə qazandığını elan edib.

Bu barədə TASS xəbər verib.

“Allah mənə Pakistanla bağlı arzularımı gerçəkləşdirmək imkanı bəxş etdi”, – İ.Xan deyib.

Bu ana qədər onun partiyası 272 yerdən 117-i qazanıb.

Ondan sonra Pakistan Müsəlman Liqası – Nəvaz Fraksiyası (PML-N) gəlir. Onlar ilkin məlumatlara əsasən, 64 yerə iddia edirlər. Üçüncü sırada isə 37 yerlə Pakistan Xalq Partiyası (PXP) qərarlaşıb/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru