Tramp: Fəzada dominantlıq ABŞ-a məxsus olmalıdır

14-08-2018, 06:52           
Tramp: Fəzada dominantlıq ABŞ-a məxsus olmalıdır
Amerikanın rəqibləri və düşmənləri "artıq kosmosun hərbiləşdirilməsinə başlayıblar" və bu sahədə çox irəli gediblər.

“Report” xəbər verir ki, bunu Nyu-Yorkda çıxışı zamanı ABŞ prezidenti Donald Tramp deyib.

"Xarici rəqib və düşmənlərimiz həyati əhəmiyyətli kommunikasiyaları pozmağa, peykləri sıradan çıxarmağa imkan verən yeni texnologiyalar istehsal edərək artıq fəzanın hərbiləşdirilməsinə başlayıblar... Mən bəzi şeylər sezmişəm, siz onların nə etdiyini və nə dərəcədə irəli getdiyini heç görmək belə istəməzsiniz", — deyə Tramp bildirib.

O əlavə edib ki, "Çin hətta fəzada öz hərbi proqramlarını müşahidə etmək üçün yeni hərbi bölmə yaradıb.

"Amerikanın fəzada olması kifayət deyil. Biz fəzada dominantlıq etməliyik", — deyə Tramp bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru