İsrail Trampın qərarından sonra Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ – ABŞ-a “F-35” MESAJI

14-08-2018, 20:27           
İsrail Trampın qərarından sonra Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ – ABŞ-a “F-35” MESAJI
ABŞ prezidenti Donald Trampın “F-35” beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması barədə qərarı imzalaması İsraili hərəkətə keçirdi.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, İsrail ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən “F-35” döyüş təyyarələrinin ehtiyat hissələrini hazırlayan “ASELSAN”, “HAVELSAN”, “ROKETSAN”, “AYESAS”, “Alp Aviasiya” və Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAS) kimi türk şirkətlərini əvəz etmək niyətindədir.

İsrail Türkiyə şirkətlərinin yerinə İsrail Aviasiya Sənayesi və digər iki şirkətin istehsal üçün hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib. Müdafiə büdcəsi layihəsinə “F-35” beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru