Hitlerin ölüm düşərgəsinin nəzarətçisi ABŞ-dan deportasiya edildi

22-08-2018, 19:40           
Hitlerin ölüm düşərgəsinin nəzarətçisi ABŞ-dan deportasiya edildi
İkinci Dünya Müharibəsində Adolf Hitlerin ölüm düşərgəsinin nəzarətçisi sığındığı Amerika Birləşmiş Ştatlarından (ABŞ) Almaniyaya deportasiya edilib.

AzEuroNews.com xəbər verir ki, polyak Jakiv Palij haqqında ABŞ-da hələ 2004-cü ildə deportasiya qərarı çıxarılıb. Lakin o vaxt onun ölkədən göndərilməsi baş tutmayıb.

“Ağ Ev”dən verilən açıqlamaya görə, Jakiv Palij prezident Donald Trumpun “Holakost” qurbanlarının ailələrinə verdiyi vədə görə deportasiya edilib: “Palij Polşanın Travniki düşərgəsində məhkum yəhudilərin qaçmasına əngəl törətmək, onların işgəncə ilə öldürülməsində iştirak etməkdə ittiham edilir. Belə bir adam ABŞ-da qala bilməzdi”.

Məlumat üçün qeyd edək ki, Travniki düşərgəsində 6 min yəhudi amansızcasına qətlə yetirilib. O vaxt məhkəmədə Palijin bu cinayətə qarışması sübut olunmamışdı.

Düsseldorf hava limanından Ahlen şəhərinə aparılan Jakiv Palij qocalar evinə yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru