“Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, buna “reket jurnalistika” demək olmaz."

29-10-2018, 14:47           
“Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, buna “reket jurnalistika” demək olmaz."
"Hesab edirəm ki, reket jurnalist anlayışının ümumiyyətlə mətbuat sisteminə birbaşa aiddiyyəti yoxdur"

"Səhiyyədə, təhsildə, hüquq- mühafizə orqanlarında və digər qurumlarda fırıldaqçılar, şantajçılar olduğu kimi, jurnalistikanın adından istifadə edib raketçilik edənlər də var".

Bu sözləri Axar.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli son günlər “reket jurnalistlər”lə bağlı görülən tədbirlərə münasibət bildirərkən deyib. O bildirib ki, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır:

“Digər sahələrdə çalışan fırıldaqçılar ifşa olunduğu kimi, reketçiliklə məşğul olan jurnalistlər də ifşa olunmalıdır. Bu qanun pozuntusu və kriminal hadisə olduğu üçün bu işlə Mətbuat Şurası deyil, hüquq-mühafizə orqanlarının məşğul olması vacibdir”.

Ekspert onu da qeyd edib ki tənqid yazan jurnalistlərlə reketləri qarışdırmaq olmaz:

“Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, buna “reket jurnalistika” demək olmaz. Reket jurnalistin konkret məqsədi olur. Onlar maddi maraqları üçün mətbuatın adından sui-istifadə edirlər və insanlara hədə-qorxu gəlirlər. Ona görə, reket jurnalistlərin jurnalistikaya aiddiyyəti yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru