Ailəsindən alınaraq alman ailəyə verilən uşaq öldü – ALMANİYADA

11-11-2018, 11:55           
Ailəsindən alınaraq alman ailəyə verilən uşaq öldü – ALMANİYADA
Almaniyada ailəsindən alınaraq alman bir ailəyə verilən 1,5 yaşındakı Savaş ölüb. AzEuroNews.com xəbər verir ki, Almaniyanın Kassel şəhərində Almaniyanın Uşaqlar və Gənclərlə iş üzrə İdarəsi (Jugendamt) Savaşı ailəsinin əlindən alıb. Bundan sonra Savaşın nənəsi, babası və bibisi ona özlərinin baxa biləcəyi ilə bağlı “Jugendamt”a müraciət ediblər.

Lakin sözügedən dövlət idarəsi onların bu istəyinə cavab verməyib. Onlar daha sonra Savaşın beş ay öncə bir alman ailəyə verildiyini öyrəniblər. Savaşın babası Yasin Taşkın bildirib ki, qızı 18 yaşında olarkən ana olub. Bu səbəbdən “Jugendamt” uşağı onun əlindən alıb.

“ Savaşı bizdən 150 kilometr uzaqda yaşayan bir ailəyə veriblər. Uşağın inkişafı ilə bağlı problemi var idi. Həkim dedi ki, bu ciddi bir şey deyil və iki yaşına kimi düzələcək. Onun səhhəti ilə bağlı başqa heç bir problemi olmayıb. Keçən günlərdə yenidən xəstəxanaya aparılıb. Orada ona antibiotik iynə vurulub. Yatıb bir daha ayılmayıb” deyə baba Y.Taşkın üsyan edib.

“İllərdir bunu başa sala bilmirik”

Mövzu ilə bağlı danışan “Ümid ulduzu” dərnəyinin başqanı Kamil Altay bildirib ki, illərdir türk ailələrdən alınan uşaqların baxılması üçün öz qohumlarına verilməsinə görə mübarizə aparırlar : “Ancaq “Jugendamt” bu məsələyə heç zaman isti yanaşmayıb.

Dövlətin qoruması altına alınan uşaqlarla bağlı konsolluğa məlumat verilməli idi. Savaşla bağlı heç bir məlumat verilməyib“.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.