Azərbaycanda 2019-cu ildə neft hasilatı nə qədər olacaq? — ABŞ-dan verilən proqnoz

11-11-2018, 17:14           
Azərbaycanda 2019-cu ildə neft hasilatı nə qədər olacaq? — ABŞ-dan verilən proqnoz
Azərbaycanda 2018-ci ildə neft və kondensat hasilatı orta hesabla sutkada 0,80 milyon barel təşkil edəcək.
Teref.az Trend-ə istinadən məlumatına görə, bu proqnoz ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) enerji bazarı üzrə noyabr icmalında öz əksini tapıb.

Beləliklə, EIA 2018-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.

Həmçinin qeyd olunur ki, 2019-cu ildə hasilat sutkada 0,79 milyon barelə çatacaq, halbuki bundan əvvəlki hesabatda bu göstərici 0,78 milyon idi.

EIA-nın qiymətləndirməsinə görə, Azərbaycanda 2018-ci ilin dördüncü rübündə neft hasilatının həcmi sutkada 0,79 milyon barel təşkil edəcək, oktyabr hesabatında isə bu göstərici 0,78 milyon idi.

Qurumun proqnozuna görə, ölkəmizdə 2019-cu ilin ilk iki rübündə neft hasilatının həcmi 0,80 milyon barel təşkil edəcək: “Üçüncü rübdə hasilat 0,79 milyon barel səviyyəsində gözlənilir, dördüncü rübdə isə – 0,77 milyon barel səviyyəsində”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru