Qazi baş redaktora hökm oxundu
28-03-2019, 20:10
Zəruri qeyd: Ağır Cinayətlərə Qarşı Məhkəmə heyəti AR CM-nin 62 md 3 bənd-dən demək heç xəbərləri yoxdur!
AR.CM-nin m62 b3 sizin nızırinizə çatdırıram.
Və qeyd etmək istəyuirəm ki, Teref.info saytı "Azərişığ"-ın keçmiş rəhbəri Etibar Piriverdiyevin dövləti necə taladığı və Azərbaycan dövlətinin imicinə zərbə vurduğu haqqında Musavat.com və Repartyor.info-nun dərc etdiyi və təkzib olunmayan 2 mıəqaləsinə görə aşağıda qeyd edilən cəzanı alıb!
Maddə 62. Məsuliyyətdən azad edilmə halları
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
P.S. Konstutsiya Məhkəməsinin qərarına görə jurnalistlər vəzifəli şəxs sayılmırlar. Deməli bizim məhkəmələr heç Konstitusiya Məhkəməsinin qərarlarını belə saymırlar!Bu xıra qeydlərdir.....
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat:
Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Turkustan.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Nurəddin İsmayılov son sözlə çıxış edərək günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Hakimlər kollegiyasının hökmünə əsasən, Nurəddin Xoca 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddə (şərti məhkum etmə) tədbiq edilib.
Qeyd edək ki, Nurəddin Xoca barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittihamı irəli sürülüb. /Lent. az/