Kəmaləddin Heydərovun Şağandakı 37 hektarlıq bağı üzə çıxdı - FOTO

28-03-2019, 21:17           
Kəmaləddin Heydərovun Şağandakı 37 hektarlıq bağı üzə çıxdı - FOTO
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qiyməti yüz milyonlarla ölçülən mülklərinin olması ilə bağlı təkzibolunmaz məlumatlar yayılmaqdadır.

Teref.az bildirir ki, unikal.org-a daxil olan məlumata görə, fövqəlnazirin Şağanda 37 hektar torpaq sahəsi və içərisində dəyəri 5 milyondan artıq olan villa var. Bundan əlavə, ərazidə fermer təsərrüfatı, üzüm sahəsi, müxtəlif bahalı ağac növləri, dekorativ bitkilər var. Eyni zamanda, ərazidə yüksək keyfiyyətli çaxır istehsalı sexi də qurulub. Həmin ərazidə bir hissədən digər hissəyə getmək üçün avtomobildən istifadə edirlər. Daşınmaz əmlakın satışı ilə məşğul olan mərkəzlərdən birinin verdiyi məlumata görə, Şağanda 37 hektar torpaq sahəsinin qiyməti 10-12 milyon manat civarındadır. Həmin ərazidə villanın və digər infrastrukturun qurulduğunu nəzərə alsaq, o zaman fövqəlnazirə məxsus bu mülkün qiymətinin daha yüksək olduğu bəlli olur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru