Təhsil kreditləri almaq istəyənlər üçün müddət uzadıldı –Açıqlama

29-03-2019, 00:09           
Təhsil kreditləri almaq istəyənlər üçün müddət uzadıldı –Açıqlama
“Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi üçün elan etdiyi müddət uzadılıb.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, mart ayında qeyri-iş günlərinin olması nəzərə alındığı üçün elanın müddəti 20 aprel 2019-cu ilədək davam edəcək:

“Kredit almaq üçün tələbələrin Fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub”.

Qeyd edək ki, təhsil haqqı kreditlərinin verilməsi məqsədilə VIII elan sessiyası martın 1-dən aprelin 5-dək olan dövr üçün elan edilmişdi/Trend.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru