Azərbaycanda daha bir vəzifəli şəxsin həbsi

2-11-2015, 12:34           

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

teref.az Trend-ə istinadən yazır ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan öncə RYTN-nin başqa vəzifəli şəxsləri də işdən azad edilərək, barələrində cinayət işi başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.