İqbal Ağazadə MSK-nı şantaj etməyə başladı- "Deputat seçilmədiyim halda əlimdəki faktlarla danışacam."

2-11-2015, 13:00           
İqbal Ağazadə MSK-nı şantaj etməyə başladı- "Deputat seçilmədiyim halda əlimdəki faktlarla danışacam."
“Deputat seçilmədiyim halda əlimdəki faktlarla danışacam”.

Bunu SalamNews-a Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

O Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlayacağı rəsmi nəticəni gözlədiyini bildirib: “Hələlik 6 dairənin nəticələri açıqlanmayıb. Ona görə də bir söz deyə bilmərəm. Rəsmi nəticələri gözləyirəm. Seçilmədiyim halda əlimdəki faktlarla danışacam”.

Bildirək ki, ilkin nəticələrə görə, 35 saylı Xətai üçüncü seçki dairəsində Əlizadə Araz Məmməd Mübariz oğlu qalib hesab olunur.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) 6-dairə üzrə səsvermənin nəticəsini açıqlamayıb. Hazırda hesablanma prosesi gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru