Prorektor - deputatlar istefa verməkdən imtina etdilər - “İstefa tələbi rektor deputatlara aid idi, biz prorektorlara yox”

2-11-2015, 16:00           
Prorektor - deputatlar istefa verməkdən imtina etdilər - “İstefa tələbi rektor deputatlara aid idi, biz prorektorlara yox”
Yeni Azərbaycan Partiyasının bu ilin sentyabr ayında keçirdiyi iclasda verilən qərara görə, deputat-rektorlar iki yoldan birini seçməlidirlər: onlar ya rektor kimi fəaliyyət göstərməlidirlər, ya da deputat kimi. Artıq 4 rektor V çağrış Milli Məclis seçkilərində qalib olub və onların rektorluqdan istefası gözlənilir. Bunlar Aqiyə Naxçıvanlı, Səməd Seyidov, Əhliman Əmiraslanov və Ağacan Abiyevdir.

Bəs yeni parlamentdə təmsil olunacaq prorektor-deputatlar necə, onlar öz vəzifələrində qalacaq, ya gedəcək?

Deputat seçilən prorektorlardan biri də Tibb Universitetinin elmi işləri üzrə prorektoru Rafiq Məmmədhəsənovdur. 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində yenidən mandat qazanan Rafiq həkim Modern.az-a açıqlamasında bildirib ki, prorektorluqdan istefa vermək haqda hələ düşünməyib.

“Bu söhbət rektor olan şəxslərə aid idi ki, onlar seçim etsinlər. Bunun prorektorlara aidiyyatı yoxdur. Hələlik prorektor kimi fəaliyyətimi davam etdirib-etdirməyəcəyimi bilmirəm. Nə olsun ki, deputat seçilmişəm, bu mənim öz məsələmdir”.

Bakı Slavyan Universitetinin prorektoru, 98 saylı Şəmkir şəhər seçki dairəsndən ikinci dəfə deputat mandatı qazanan Sahibə Qafarova isə sualmızı cavablandırmaq istəməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru