Şok İddia - Daha bir nazir getdi?
16-11-2015, 11:50
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən azad edilib.
Prezident bu barədə sərəncamı G20 (“böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb.
Dia.az xəbər verir ki, bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, vergilər naziri postuna təyinat da olub: “Yeni vergilər naziri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevdir. Hazırda Vergilər Nazirliyində təhvil-təslim prosesi gedir. Vergi xidməti spesifik təsisat olduğundan burada izafi problemlərinin yaranmaması üçün vergilər nazirliyi postuna dərhal təyinat olub. Burada təhvil-təslim prosesi başa çatandan sonra – yaxın 1-2 gündə sözügedən sərəncamlar ictimaiyyətə elan ediləcək”.
Mənbənin sözlərinə görə, vergilər naziri və onun müavinlərinin adı "MTN işi"də keçməsi də sərəncamların ictimaiyyətə elan olunmasını yubadan səbəblərdən biridir: "Vergilər Nazirliyinin rəhbərliyinin ətrafında da xüsusi əməliyyatlar aparılır. MTN-də olduğu kimi burada da xüsusi təmizləmə əməliyyatı aparılacaq, rəhbərlik tam yenilənəcək. İş adamlarından olan şikayətlərin əksəriyyəti vergi xidmətinin payına düşür. Prezident Antaliya sammitindən qayıtdıqdan sonra sərəncamlar rəsmən elan ediləcək."