ABŞ səfiri SOCAR və “Qazprom”la danışıqları açmağa çağırdı: - “Bu dəhlizi təhlükəyə atmaq olmaz…”

16-11-2015, 13:25           
ABŞ səfiri SOCAR və “Qazprom”la danışıqları açmağa çağırdı: - “Bu dəhlizi təhlükəyə atmaq olmaz…”
Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlara başlamasına ABŞ-ın Tiflisdəki səfiri sərt reaksiya verib.

Virtualaz.org saytı xəbər verir ki, səfir Yan Kelli bu gün “Həftənin palitrası” adlı gürcü qəzetinə verdiyi müsahibədə Tiflislə “Qazprom” arasında danışıqları şərh edərək Gürcüstanın hansısa dövlətə energetika təhlükəsizliyi baxımından ona təzyiq rıçağına malik olmasına imkan verməməli olduğunu deyib.

“Gürcüstan bundan ziyan çəkməməlidir və hansısa konkret dövlətə imkan verməməlidir ki, onun energetika təhlükəsizliyinə təsir rıçağı əldə etsin”- deyə səfir bildirib.

Yan Kelli əlavə edib ki, Gürcüstan hökuməti enerji resurslarının təchizatı mənbələrini şaxələndirməyə çalışır. Lakin müxalifət və ictimaiyyət bu istiqamətdə aparılan qapalı danışıqlardan narahatdır.

“İctimaiyyətin və müxalifətin narahatlığının ortada olduğu bir vaxtda olduqca mühümdür ki, hökumət “Qazprom”la və ya SOCAR-la danışıqların şəffaflığını təmin etsin”- deyə Yan Kelli bildirib.

ABŞ səfirinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, “Şərq-Qərb” energetika dəhlizi təkcə Gürcüstanın təchizatının təhlükəsizliyini nəzərdə tutumur, eyni zamanda Mərkəzi Asiyadan Avropaya enerji resurslarının nəqlini təmin edir: “Ona görə də elə etmək lazımdır ki, bu dəhliz təhlükəyə düşməsin”.

Diplomat əlavə edib ki, hələlik Gürcüstanın “Qazprom”dan aldığı qaz ölkənin energetika təhlükəsizliyinə ziyan vura bilməz.

Xatırladaq ki, Gürcüstan hökuməti, daha doğrusu, energetika naziri Kaxa Kaladze “Qazprom”un kommersiya qaz bazarına buraxılması üçün danışıqlar aparır. Bu da Gürcüstanı ucuz qazla təmin edən Azərbaycanda narahatlıq yaratmaya bilməzdi.

Məsələ Gürcüstanla Azərbaycan arasında yüksək səviyyəli danışıqlarda müzakirə olunub. Habelə Gürcüstan müxalifəti hökumətin “Qazprom”la danışıqlarını tənqid edir . Gürcüstan hökumətinin “boz kardinalı” Bdzina İvanişvili isə bəyan edib ki, “Qazprom”la danışıqlara başlamaq onun planıdır, üstəlik Gürcüstan İran qazını almaq üçün də imkanlar axtarır.

İvanişvili deyib ki, Gürcüstan enerji resursları ilə təchizat mənbələrini şaxələndirmək istəyir və bunda pis heç nə yoxdur. O cümlədən “Qazprom”dan qaz almaqda hansısa kriminal axtarmaq lazım deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.