Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər - SİYAHI

1-05-2020, 00:00           
Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər - SİYAHI
Sabah - mayın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılacaq.

Unikal.org report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib.

Sabahkı komitə iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimləri - İsmayıl Xəlilov, Vüqar Həsənov, Zaur Əliyev, Abidin Hüseynovun, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Aqil Abbasov, Bəhram Məmmədli, Bəhman Qəribovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru