Rasional fikirlərə hər kəsin ehtiyacı vardır, o cümlədən də prezindentin də. - Qubad İbadoğlu yazır

18-11-2020, 09:13           
Rasional fikirlərə hər kəsin ehtiyacı vardır, o cümlədən də prezindentin də. -
44 günlük müharibə elə ilk başdan xalqı qələbə xəbərlərinə öyrəşdirdi, hər gün yeni və sevincli xəbər alırdıq. Xilaskar ordumuzun rəşadəti nəticəsində fasiləsiz pozitiv xəbərlərə vərdiş etmişdik, əsgər və zabitlərimiz maşallah bizim xəyallarımızda olanları da gerçəkləşdirirdi, bir gün gec, bir gün tez olsa da inanılmaz olanları da reallaşdırırdı. Şuşa sevincimizin pik nöqtəsi oldu. Ertəsi günün sonunda imzalanan atəşkəs müqaviləsi bəzilərinin qanını qaraltsa da, əksəriyyət onun mətninə belə nəzər yetirmədən qələbə əhval ruhiyyəsində kökləndi, əks fikirləri dinləmək belə istəmədi, bu yöndə deyilənləri inkar etdi.
Hazırda belələrinin sayı azalsa da, bu mövqedə qalanlar diqqəti çəkən qədər vardır. Onların istəkləri fərqinə varmadan nikbin məlumatllar almaqdır. Əgər buna nail olmazlarsa onda hər kəsi qaralamağa başlayırlar. Odur ki, aşağıdakıları açıqlamağı zəruri hesab edirəm.
Öncə qeyd edim ki, mən nə optimist, nə də pessimist deyiləm, realistəm, hər baş verən hadisə və prosesi gerçək tərəfdən diqqətə çatdrmaq istəyirəm. Fikir müxtəlifliyinin tərəfdarı olmaqla doğru-düzgün məlumatlarla cəmiyyətin alternativlər üzərində köklənənməsi üçün çalışıram. Amma qəribə mövqelərlə qarşılaşıram. Bəziləri yazır ki, sizin fikirlərə ehtiyac yoxdur, prezident hər şeyi hamıdan yaxşı bilir, bəziləri deyir ki, başqa variantlar qalmamışdı, biz pislər arasından ən yaxşısını seçmişik. Həmrəylik naminə bəzən onlarla razılaşırsam, lakin, bunları deməyi də özümə borc bilirəm.
İstənilən cəmiyyətdə verilən qərarlar 1 nəfərin iradəsi üzərində qurulursa, 1 nəfərin mövqeyinə əsaslanırsa, orda uzunmüddətli dövrdə inkişafa nail olmaq mümkün deyildir. Ona görə də imkan verin, hazırda ayılmış cəmiyyət fikir mübadiləsinə cəlb olunsun, ağıllı fikirlər istehsal etsin, rasional fikirlərə hər kəsin ehtiyacı vardır, o cümlədən də prezindentin də.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.