Bərpa olunan dəmir yollarımıza Rusiyanın artan marağının səbəb.......

19-11-2020, 07:44           
Bərpa olunan dəmir yollarımıza Rusiyanın artan marağının səbəb.......
Bugün Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədovla Cənubi Qafqazda dəmir yolu infrastrukturunun inkişafını müzakirə etmək üçün telefon danışığı aparıb. Verilən məlumatlara görə, müzakirə mövzusu Yevlax- Ağdam- Xocalı-Xankəndi və Horadiz-Mahmudlu-Akara-Mincivan-Culfa dəmir yol xətlərinin bərpası olub.
Teref.az xəbər verir ki, bunu politoloq Qubad İbadoğlu yazır.
P.S. Rusiyanın marağında olan daha çox cənubdan Ermənistana və Naxçıvana doğru istiqamətlənən yoldur. Rusiya bu yoldan hərbi və mülki yüklərini Ermənistana daşımaq, eyni zamanda Şimal-Qərb nəqliyyat dəhlizini yaratmaq üçün istifadə etmək və ondan həm xərc və həm də vaxt baxımından bəhrələnmək istəyir.
P.P.S. Bu müzakirələr yadıma SSRİ dövrünü saldı. O zaman da Moskvadan təlimatlar alırdıq, onlarla razılaşdırılmamış belə iri layihələri icra etmirdik. Allah xeyir versin!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.