Ordumuzun dəfələrlə keçdiyi yolda mina necə partladı? - HAQLI SUAL!

5-06-2021, 10:15           
Ordumuzun dəfələrlə keçdiyi yolda mina necə partladı? - HAQLI SUAL!
Kəlbəcərdə jurnalistlərin şəhid olması “minalar nə vaxt düzülüb” sualını da gündəmə gətirdi. Bölgəni tanıyan hərbi ekspertlərin minaların yeni basdırıldığı fikri məsələni bir qədər də aktuallaşdırır.

Əsas versiya Kəlbəcərin boşaldılması üçün verilən vaxtda ermənilərin əraziləri mümkün olduğu qədər çox minalamasıdır. Lakin jurnalistlərin getdiyi yolun hərbçilər tərəfindən öncədən yoxlanılmadığı ağlabatan deyil.

Mümkündür ki, nəzərdən qaçsın, hərçənd, həmin yoldan öncədən istifadə edildiyi də şübhələrə yol açır və bu başqa versiyanı önə çıxarır: Qarabağda qalan erməni silahlılar minanı yeni basdıra bilər.

30 illik işğal dövründə ermənilərin ərazini yaxşı öyrəndiyi, gənc azərbaycanlı hərbçilərin böyük hissəsinin bölgə ilə yeni tanış olduğu detalı da unudulmamalıdır.

Asif Nərimanlı //axar.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.