Jurnalistlərə "casus" deyən Feyziyev casusluq ittihamı ilə yaxalanıbmış - İDDİA

7-02-2022, 08:23           
Jurnalistlərə "casus" deyən Feyziyev casusluq ittihamı ilə yaxalanıbmış - İDDİA
Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı ilginc ittiham yayılıb.

"Unikal" xəbər verir ki, sabiq təhlükəsizlik xidməti zabiti Ərəstun Oruclu "Facebook" səhifəsində sensasion açıqlama yayıb.

Sitat: "İroniya Mətbuat Şurasının üzvü olan deputatın ölkənin sağlı-sollu, aşağı-yuxarı bütün tanınmış jurnalistlərini təhqir etməsi deyil, heç onun hamını casus adlandırması da deyil.

Əsl ironiya bunu edənin əmək fəaliyyətinə vaxtilə Azərbaycanda casusluq etdiyi zaman subütla yaxalanmış bir beynəlxalq təşkilatda başlayıb, ardınca da biznesdə sürətlə uğur qazanmasıdır".

Qeyd edək ki, C.Feyziyev 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışıb.

1995–1998-ci illərdə ABŞ-nın "Filip Morris" şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru