Niyazi Bayramovun AĞAC MƏSƏLƏSİ BÖYÜYÜR... - İcra hakimiyyətindən AÇIQLAMA

7-02-2022, 16:37           
Niyazi Bayramovun AĞAC MƏSƏLƏSİ BÖYÜYÜR... -
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yaxın günlərdə işdən azad ediləcəyi və bu gün Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına çağrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda bu məsələ gündəmdə deyil və Niyazi Bayramov işinin başındadır”. Teref.az xəbər verir ki, bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə İcra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov verib.

Onun sözlərinə görə, həmin yazılarda guya ki, buna əsas səbəb kimi, son günlər Gəncə şəhərində yol kənarında əkilən ağacların çıxarılması və sahibsiz küçə heyvanlarının güllələnməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində gedən yanlış məlumatlar olub:

“Bir daha xatırladırıq ki, sözügedən ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə heç bir əlaqəsi yoxdur.

Gəncə şəhərində sahibsiz itlərin güllələnərək, məişət tullantıları poliqonuna atılmasını özündə əks etdirən videogörüntülərin Gəncə şəhərinin məişət tullantıları poliqoununda lentə alınması faktı isə öz təsdiqini tapmayıb. Bununla bağlı yetərincə ictimaiyyət tam məlumatlandırılıb və bu artıq müzakirə mövzusu deyil”, - deyə Azər İbrahimov əlavə edib.
0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.