Vilyam Hacıyev işdən qovduğu gənclərə nə ismarıc yollayır? TƏHDİD?

6-05-2016, 17:38           
Vilyam Hacıyev işdən qovduğu gənclərə nə ismarıc yollayır? TƏHDİD?
Bir neçə gün öncə məlumat vermişdik ki, İmişli Rayon İcra Hakimiyyətində bir qrup şəxs tutduqları vəzifələrindən azad ediliblər. GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilirdi ki, icra başçısının göstərişi ilə bir neçə gənc kadr işlərini itirmək məcburiyyətində qalıblar. Məlumatda qeyd edilirdi ki, V.Hacıyev son günlər İmişlidə Hesablama Palatasının apardığı yoxlamaların nəticəsi olaraq bir sıra neqativ hallar aşkar ediblər.

Məlumatları yaydıqdan sonra bəlli olub ki, əslində icra başçısının birbaşa göstərişi ilə bir çox gənc kadrlar işlərini itirmək məcburiyyəti ilə üzləşiblər. Eyni zamanda deyilənlərə əsasən bununla bağlı olaraq hazırlıq işləri də yekunlaşıb. Və «günah keçiləri» artıq tapılıb.

Dövlət büdcəsindən dotasiya almamasına baxmayaraq İmişlidə demək olar ki, dövlət dəstəyi ilə formalaşan investitsiya layihələrinin xərclənməsi, aparılan audit yoxlamaları ilə bağlı olaraq bir sıra məqamlar da öz əksini tapıb. İlkin ehtimallara əsasən ortada olan çatışmazlıqların aradan qaldırılması taprışıqları hələ də icra edilməyib. Məlumatlara görə, bununla bağlı olaraq bir sıra araşdırmalar aparılıb və yuxarı instansiyaların diqqətinə çatdarılıb.

GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, informasiyanın mediada yayılmasından sonra icra başçısı konkret olaraq hərəkətə keçib. Və nəticə etibarilə də işdən çıxardığı «günah keçiləri»nə ismarıc da yollayıb. «Əgər yenidən dövlət işində işləmək istəyirlərsə, o zaman özlərini ağılla aparsınlar» deyə ismarıclar işlərini itirmək məcburiyyətində qalan gənc kadrlara təhdid formasında çatdırılıb.

İndi isə həmin işlərini itirmiş gənc kadrlar lazımi instansiyalara müraciət etməyə hazırlaşırlar. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.