Qazax Yol Polis idarəsi cinayətkarı görməzlikdən gəlir - Şikayət

10-05-2016, 13:31           
Qazax Yol Polis idarəsi cinayətkarı görməzlikdən gəlir - Şikayət
Xəbər verdiyimiz kimi, aprelin 19-da Qazax rayonunda avtomobilin vurması nəticəsində 8 yaşlı Əsmər Haqverdiyeva 20 gündür ki, komadadadır. Lakin hadisənin üzərindən 20 gün keçməsinə baxmayaraq Əsməri vuran şəxs hələ də hüquq-mühafizə orqanları tərəfindən həbs edilməyib.

Bu barədə AzNews.az-a xəstənin atası Nizami Qaraoğlu məlumat verib. N.Qaraoğlu məsələ ilə əlaqədar Qazax rayon Prokurorluğunda olub: “Prokurorun baş köməkçisi ilə görüşdüm. Mənə dedi ki, bu məsələ ilə yol polisi məşğul olur. Həmin şəxs mənim qızımdan əvvəl daha iki avtomobil qəzası keçirib. Vüsal hazırda azadlıqdadır. Əsmər Qazax Rayon Diaqnostika Mərkəzində olarkən çatışmayan dərmanları alıb. 4 gündür ki, Əsmər Bakıya gəlib, lakin Vüsal bir dəfə də onun səhhəti ilə maraqlanmayıb”.

N.Qaroğlu əlavə edib ki, baş verən hadisə ilə bağlı qaynar xəttə də məlumat verib: “Amma heç bir addım atmayıblar. Qızımı şikəst edən şəxsdən şikayətçiyəm. Polis rəisi ilə görüşəcəm, istəyimi ona bildirəcəm”.

Xatırladaq ki, 8 yaşlı Əsmər Haqverdiyeva aprelin 19-da avtomobil qəzası keçirib və hadisə nəticəsində ağır travma alaraq Qazax rayon xəstəxanasına yerləşdirilib. Daha sonra isə Bakıya gətirilərək 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru