Adı İranla hallanan nazir İŞƏ ÇIXDI - NƏ BAŞ VERİR?
28-04-2023, 08:49
Dünən yerli KİV-də belə bir informasiya yayıldı ki, Naxçıvanın mədəniyyət naziri Natəvan Qədimova işindən uzaqlaşdırılıb. DİA.AZ bildirir ki, buna paralel olaraq Qədimovanın adı İrandakı fars-molla rejimi ilə də qoşa çəkildii.
DİA.AZ bildirir ki, bu dəfə xanım nazirin görəvdən alındığı inkar olunur. Məlumatda deyilir:
"Naxçıvanın "Dəmir Ledisi" iş başında
Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin dünən yerli hökumət rəhbərlərinin yanında nümayişkaranə şəkildə işdən çıxardığı MR Mədəniyyət naziri Natəvan Qədimova bu gün eynu nümayişkaranəliklə işə gəlib".
Hər halda, bu geridönüşümdən anlamaq olar ki, Naxçıvanda hansısa işlər çevrilir.
Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri də dinləməyə hazırıq.