Fransaya və ABŞ-a “mədəni rüşvətdən” başqa bir önəmi olmayacaq...

30-04-2023, 08:17           
Fransaya və ABŞ-a “mədəni rüşvətdən” başqa bir önəmi olmayacaq...
“AZAL” şirkəti son aylarda Fransanın “Airbus” şirkətindən hər birinin dəyəri 110 mln. 600 min ilə 129 mln. 500 min dollar arası olan 12 ədəd “A320neo” və “A321neo”, ABŞ-ın “Boeing” korporasiyasından isə hər birinin qiyməti 248 mln. 300 min dollar olan 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alıb.
Bu iki müqavilənin qiyməti, təqribən, 3,5 mlrd. dollar təşkil edir – böyük rəqəmdir. Əgər “AZAL” ölkənin coğrafi mövqeyindən yararlanaraq məmləkəti “uçuş xabına” çevirmək istəyirsə, bu müqavilələrin anlamı var, yox elə öz inhisarçı mövqeyini saxlamağı, sözün hər mənasında havadan pul qazanmağı, qeyri-şəffaf, xərclərin şişirdilməsi ilə qaz vurub qazan doldurmağı, yerüstü xidmətləri də öz əlində cəmləyib digər şirkətlərə qiymət oxumaqla ölkədən didərgin salacağını düşünürsə, o zaman heç nə, bu müqavilələrin Fransaya və ABŞ-a “mədəni rüşvətdən” başqa bir önəmi olmayacaq...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru