Azərbaycan Prezidenti: "Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır"

4-05-2023, 00:14           
Azərbaycan Prezidenti: "Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır"
"Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.

"Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb", - İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək, hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, bəzi ölkələrin güclü hərbi imkanları var. Biz bütün bu səyləri birləşdirsək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru