“Bakı Vaşinqtonda Qarabağ ermənilərinin təıhlükəsizliyi üçün beynəlxalq zəmanət verməyə razılaşıb” - ”Hraparak”dan İLGİNC İDDİA

4-05-2023, 10:42           
“Bakı Vaşinqtonda Qarabağ ermənilərinin təıhlükəsizliyi üçün beynəlxalq zəmanət verməyə razılaşıb” -
“Bakı Vaşinqtonda Qarabağ ermənilərinin təıhlükəsizliyi üçün beynəlxalq zəmanət verməyə razılaşıb”
Azərbaycan və Ermənistan xarici işlər nazirlərininb Vaşinqton görüşü ilə bağlı yeni məlumatlar ortaya çıxıb. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, həmin məlumatların mənbəyi erməni mediasıdır.

Belə ki, “Hraparak” qəzeti bununla bağlı istinadə etdiyi etibarlı mənbəyə istinadən xəbər verirb ki, Ermənistanda hakim partiya olan “Vətəndaş müqaviləsi” partiyasında çox az sayda adam həmin danışıqların təfsilatından xəbərdardır. “Bizə danışan mənbə bildirdi ki, həm Azərbaycan, həm də Ermənistan münasibətlərin normallaşması haqqında sazişi imzalamağa məcbur edilir”.

Həmin mənbə erməni mətbuatına onu da bildirib ki, bunun üçün Ermənistandan tələb olunan başqa bir məsələ də var. “Vaşinqton Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını, Qarabağ məsələsinin ilkin şərt kimi irəli sürməməsini tələb edib. Əgər İrəvan bu tələblərə müsbət cavab verərsə, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə Azərbaycandan beynəlxalq səviyyədə zəmanət alınmaqla sülh sazişi masasına oturacaqlar”.

Həmin mənbə onu da iddia edib ki, Vaşinqton görüşündə Azərbaycan Ermənistanı ona qarşı ərazi iddiasında olmadığına inandıra bilməyib. Daha doğrusu, Azərbaycanın bununla bağlı verdiyi bütün zəmanətlərə inanmadığını qeyd edib. “Konkret məsələnin hansı ərazilərdən getdiyi barədə dəqiq bilgi yoxdur. Lakin güman edilir ki, bu anklav kəndlərlə bağlıdır. Çünki Azərbaycan BMT tribunasından belə bu kəndlərin geri qaytarılmasını tələb edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru