Azərbaycanda 28 il əvvəl peyvəndi vurulan xəstəlik geri qayıdır - AÇIQLAMA

4-05-2023, 18:22           
Azərbaycanda 28 il əvvəl peyvəndi vurulan xəstəlik geri qayıdır - AÇIQLAMA
Rusiyada yenidən difteriya infeksiyasına yoluxma halları artıb.

Rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov əhalidə bu xəstəliyə qarşı kütləvi immunitetin səviyyəsinin aşağı düşməsi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, əhalinin kütləvi peyvəndlənməsi ötən əsrin 30-40-cı illərində aparılıb. Həmin vaxt təhlükəli xəstəliyin kökü demək olar ki, tamamilə kəsilib.

Ancaq sonralar Rusiyada və MDB ölkələrində bu profilaktik tədbirlərə o qədər də ciddi riayət edilməyib, bu da insidentin artmasına səbəb olub.

Rusiyadan Azərbaycana müntəzəm uçuşların olduğunu nəzərə alarsaq, bu xəstəliyin ölkəmizdə də yayılma riski varmı?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, ölkəmizdə də illər öncə xəstəliyin önlənməsi məqsədilə ölkə əhalisi peyvənd edilib:

“1995-1996-cı illərdə ölkə əhalisi difteriyaya qarşı peyvənd edildi. Nəzərə alaq ki, uşaqlarda da difteriyaya qaşı vaksinasiya aparılırdı. Bu xəstəliyin əvvəlcə kökü kəsilir, sonra difteriya yenidən insanlar arasında yayıldıqda, öncədən peyvəndlənən şəxslərin də yoluxduğu görünür.

Hesab etsək ki, 1995-1996-cı illərdə bu vaksinasiya aparılıb, deməli, kiminsə orqanizmində müqavimət qalıb, kimdəsə qalmayıb. İmmunitet insanda ən uzağı, 10-11 il qalır, daha sonra zəifləyir. Bu da o deməkdir ki, yenidən o xəstəliyə yoluxmaq mümkündür”.

Həkimin sözlərinə görə, difteriyaya yoluxan şəxsin sağ qalması ehtimalı çox aşağı faizdə olur:

“Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu yayılsa, koronavirus kimi olmayacaq. Çünki difteriya çox ağır xəsəlikdir. Difteriyaya yoluxan insanın sağ qalma şansı 5-8 faizdir. Ona görə də Rusiyadan Azərbaycana gələn vətəndaşlarda havalimanında yoxlamaq aparmaq lazımdır, prosesi nəzarətdə saxlamaq lazımdır.

Karantin tədbirini məhz havalimanında yaratmaq lazımdır ki, həmin xəstələr elə ordaca aşkar olunsun, karantina alınsınlar və əhali ilə ünsiyyətə girilməsinə sağalana qədər icazə verilməsin. Belə olmasa, üstəlik vaksinasiya edilməsə, xəstəliyə yoluxanlar bunu həm yaya, həm də ölümlə üzləşə bilərlər. Ona görə də Azərbaycana da gələ bilər, yayıla da bilər. Ciddi tədbirlər nəzərə alınmalıdır”.

Qeyd edək ki, difteriya "Corynebacterium Diphteria" bakteriyaları tərəfindən törədilən infeksion xəstəlikdir və əsasən döş qəfəsi və yuxarı tənəffüs yollarını zədələyir. Bu bakteriya digər orqanları zədələmə funksiyası olan toksin istehsal edir. Xəstəlik kəskin gedişi ilə xarakterizə olunur və əsas əlamətləri boğazda ağrı, az miqdarda temperature yüksəlməsi, boğazda badamcıqların şişməsindən ibarətdir.

Difteriya toksini bəzi ağır hallarda hətta miokarditlərə və periferik neyropatiyalara səbəb oa bilər. Difteriya toksini boğazda və badamcıqların üzərində ölü toxumadan ibarət təbəqə əmələ gətirir və bunula da nəfəsalmanı və qidanın udulması prosesini çətinləşdirir.

Bu xəstəlik birbaşa fiziki kontakt yolu ilə və ya xəstə insanların öskürməsi və ya asqırması nəticəsində əmələ gələn aerosol formalı sekresiyanın udulması zamanı insandan insana keçə bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru