Şuşaya səfər edən hansı jurnalist Prezidentə bunu deməyə cəsarət edəcək?..

22-07-2023, 10:24           
Şuşaya səfər edən hansı jurnalist Prezidentə bunu deməyə cəsarət edəcək?..
Sözüm şəkildə görünən həmkarlarımadır. Şuşada keçirilən möhtəbər bir tədbirə dəvət almaqla sizin həm də Prezident İlham Əliyevlə birbaşa təmas imkanınız olacaq. Bu fürsətdən istifadə edib, yüzlərlə haqqı tapdanan həmkarlarınızın problemini qabardın.
Prezidentin özü tərəfindən təməli qoyulan və məhz jurnalistlər üçün tikilməsinə Sərəncam verilən binanın media nümayəndələrinə verilməsi ilə bağlı məsələni onun yadına salın. Əminəm ki, bu məsələni olduğu kimi ölkə başçısına mərüzə etmirlər. Hətta onun bu nəcib təşəbbüsü ətrafında sabotaj yaratmaq cəhdləri də var.
Qəti narahat olmayın, Prezident bu təklifinizdən sizə qəzəblənməyəcək, əksinə, müsbət cavab verməklə, bu təklifi verənin adını jurnalistika tarixinə qızıl hərflərlə yazılmasına şərait yaradacaq. Ola bilər ki, fotodakı adamların mənzilə ehtiyacı yoxdur, amma unutmayın ki, siz orada fərd olaraq yalnız özünüzü deyil, həm də bütöv bir media cameəsini təmsil edirsiniz. O medianı ki, onun bir çox layiqli təmsilçiləri uzun illərdi ümidlərini məhz həmin mənzillərə bağlayaraq, ağır sosial şərtlər altında gecə-gündüz çalışıblar, lakin zamanı gələndə onları aldadıblar.
Kimsə bu haqq işdə, ədalətin yanında olduğunu sübut etsin. Bəlkə də, tanrı sizlərdən kimisə məhz bu missiya ilə görəvləndirərək ora göndərib. İlahi ədalətə inanın və həm də sizə böyük savab qazanılacaq bu addımı atmaqdan çəkinməyin. Fotoda belə bir cəsarətdə olan bir neçə həmkarımı görürəm. Təki bizi məyus etməyin. Gəlin, bu son şansdan, medianın xeyrinə istifadə etməyi bacaraq…
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.