Ukraynadan kritik qərar: Rusiyanın iştirakı ilə iki sammit keçirəcək, bununla da...

8-08-2023, 11:45           
Ukraynadan kritik qərar:.
Ukrayna Rusiyanın iştirakı ilə sammit keçirməyi planlaşdırır.

Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanındakı görüşdən sonra Ukrayna Rusiyanın iştirakı ilə prezident Vladimir Zelenskinin təqdim etdiyi “sülh formulu” üzrə iki sammit keçirməyi planlaşdırır. Bu barədə Kiyevdə jurnalistlərlə söhbəti zamanı Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.

“Birinci sammit təsisçi sammitdir və iştirakçılar Zelenskinin 10 bəndlik “sülh formulu”nu əsas kimi təsdiq etməlidirlər”, - o deyib.

Bundan sonra, Yermakın sözlərinə görə, ərazilərdə - "sülh formulunun" hər bir bəndi üzrə bir neçə sammit keçirilməlidir, burada onların icra edilməsi yolları işlənib hazırlanmalıdır.

"İkinci sammit müharibənin sonunu müəyyənləşdirməli olacaq", - Yermakov qeyd edib.

O əlavə edib ki, bu sammitdə Rusiyanın iştirakı da nəzərdə tutulur. “Biz Ciddədə Rusiya ilə mümkün danışıqların hər hansı şərtlərini müzakirə etməmişik... Amma müharibənin sonunda onları da cəlb etmək lazım gələcək”, - Prezident Aparatının rəhbəri vurğulayıb.

Yermak diqqətə çatdırıb ki, Rusiya tərəfindən qoşunların Ukraynadan çıxarılması ilə bağlı bənd icra edilmədən bu plan mümkün deyil.

“Və bunda bizi dəstəklədilər... Xüsusən də Almaniya təmsilçisi açıq şəkildə bildirdi ki, biz dondurulmuş münaqişə fikrinə icazə verə bilmərik”, - Yermak deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.