Kipr təcrübəsini Qarabağda həyata keçirtmək olar?

9-08-2023, 10:34           
Kipr təcrübəsini Qarabağda həyata keçirtmək olar?
Kiprdə yunanlarla türklər arasında heç bir problem yoxdur, yunan tərəfdən türk tərəfə sərhəd açıqdır, demək olar ki, hər gün yüzlərlə insan yunan Kiprindən KKTC-ya keçir, bütün restoranlarda, bazarlarda, dükanlarda onları görmək olur. Çox isti yanaşna var, kin, qəzəb, nifrət hiss edilmir, icmalararası münasibətlər çox yaxşıdır - halbuki, əsrlərlə davam edən düşmənçilik olub, amma siyasi-hüquqi problemlərə baxmayaraq insanlar görüşür, danışır, yunan tərəfdən gələnlər KKTC-də dincəlməyi, əylənməyi çox sevirlər, həm də bura onlara görə ucuzluqdur, avro az qala 30 lirə olub, 100-150 avro xırdalayanda gün ərzində yeyib-içirlər, gedəndə də ucuz səbzə-meyvə alıb gedirlər. Türk tərəfdə xidmət və keyfiyyət də yüksəksəkdir - indi oturub düşünürəm, biz və ermənilər belə ola bilərikmi?! Və ya, biz Xankəndi və ərtafında yaşayan erməni əsilli azərbaycanlıları nə ilə, necə cəlb edəməliyik?! Digər tərəfdən də görürəm ki, Kiprdə "sülhməramlı" ingilislər, Qarabağda isə ruslardır, ingilislər incə işləyir, hər iki tərəfə təsir edə bilir, hər iki tərəf onların sözünü eşidir, biz də isə kobud və qaba, ancaq öz maraqlarını düşünən ruslardır - bu amilin də təsiri var.
Bizim düşmənçiliyimizin tarixi 100-150 ildir, yunan-türk gərginliyi isə 1000 ildən çoxdur, onlar bu tarixə sivil baxıb normal yanaşı yaşaya bilirlərsə, biz də bacararıq, yetərki kənardan rusun barmağı olmasın, bir də bizim cəlbedici hekayəmiz olsun - qalanı düzələr. Çünki, şükür, bizdə hüquqi problem yoxdur, Xankəndi və ərtafı dünya, həm də Ermənistan tərəfindən tanınan Azərbayan ərazisidir.
Bölgəmizə sülh lazımdır, sülh rifah, haqq və azadlıqların genişlənməsi deməkdir - daim müharibə, toqquşma, gərginlik təhlükəsi olan bölgə inkişaf edə, sərmayə çəkə bilməz, daimi təhlükənin mövcudluğu isə sistemləri sərtləşməyə təşviq edən, ya da, bəhanə verən amildir...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.