"Bakı və İrəvanın sülhün tez əldə olunmasına sadiqliyi o demək deyil ki..."

9-08-2023, 15:44           
"Bakı və İrəvanın sülhün tez əldə olunmasına sadiqliyi o demək deyil ki..."
"Azərbaycan və Ermənistan arasında danışıqlar çərçivəsində bir sıra çətin mövzular üzrə həll yolları tapılmalı olacaq".

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev deyib.

"Azərbaycanla sülh müqaviləsinin hazırlanması, əvvəllər XİN-də deyildiyi kimi, Rusiya və Azərbaycan Prezidentləri, Ermənistanın Baş naziri arasında imzalanmış üçtərəfli sazişin elementlərindən biridir. Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana yardım göstərir. Üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm görüşür və bu yaxınlarda belə bir görüş olub", - Zaitsev bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvandan sülhün mümkün qədər tez əldə olunmasına sadiq olduqları barədə siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar.

Xatırladaq ki, iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar aparılıb. Görüşdən sonra Lavrov bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitini keçirməyi planlaşdırdığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru