Ən "stajlı" icra başçıları: Yerləri dəyişsə də, vəzifələri dəyişmir - SİYAHI

10-08-2023, 12:38           
Ən "stajlı" icra başçıları: Yerləri dəyişsə də, vəzifələri dəyişmir - SİYAHI
İcra başçılarının fəaliyyəti hər zaman cəmiyyətin diqqət mərkəzində olub.

TEREF.AZ bildirir ki, Cebhe.info hazırda fəaliyyətini davam etdirən icra başçılarının ümumi “stajı” haqqında araşdırma aparıb.

Kim neçə ildir icra başçısıdır:

*Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 20 ildir icra başçısı işləyir. O, 2022-ci ildən Abşeron rayonuna başçılıq etsə də, buna qədər Nizami (2003-2005) və Nərimanov (2005-2022) rayonunda icra başçısı işləyib.

*Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun isə 11 il icra başçısı stajı var. O, 2019-cu ildən Ağcabədi rayonunun icra başçısıdır. Buna qədər isə Masallı rayonunda (2012-2019) bu postu tutub.

*Ağdam rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov isə 5 ildir bu vəzifəni icra edir. Buna qədər isə Qaradağ (2006-2011) və Xəzər (2011-2018) rayonunda başçının müavini vəzifəsində çalışıb.

*Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov 2012-ci ildən bu vəzifədə işləyir. Tofiq İbrahimovun 19 illik icra başçısı təcrübəsi var. O, 2004-cü ildən 2010-cu ilə qədər Qəbələdə, 2010-2012-ci illərdə isə Lənkəranda başçı işləyib.

*Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov isə gənc icra başçılarındandır. O, 2020-ci ildən Ağstafa rayonuna başçılıq edir.

*Ağsu rayonunun icra başçısı Rövşən Bağırov 2021-ci ildən Ağsuya rəhbərlik etsə də, buna qədər 14 il Lerik rayonunda başçı postunu tutub. Ümumi olaraq Rövşən Bağırovun 17 il icra başçısı təcrübəsi var.

*Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2012-ci ildən bu rayonda işləyir. Buna qədər isə o, 2006-2012-ci illərdə Masallı rayonuna rəhbərlik edir. Ümumi olaraq Qəzənfər Ağayevin 17 illik icra başçısı stajı var.

*Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da 23 illik icra başçısı stajı var. O, 2018-ci ildən Bakı meridir. Buna qədər isə Nizami rayonu (2000-2003), Gəncə şəhəri (2003-2011), Sumqayıt şəhəri (2011-2015) və Səbail rayonunda (2015-2018) icra başçısı işləyib.

*Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də gənc icra başçılarındadır. O, 2018-ci ildən bu vəzifəni icra edir.

*Xətai rayonuna başçılıq edən Rafiq Quliyev isə 2019-cu ildən başçı işləyir.

*Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da 2019-cu ildən başçı postunu tutur.

*Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2010-cu ildən bu rayona rəhbərlik edir. Buna qədər isə o, 2005-2010-cu illərdə Lənkəran şəhərinə rəhbərlik edib. Qısa müddət isə 2005-ci ilin 13 mayından 21 dekabrına qədər Yardımlı rayonunda işləyib. Ümumi olaraq Süleyman Mikrayılovun 18 illik icra başçısı təcrübəsi var.

*Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 2022-ci ilin 18 fevralından bu vəzifədə çalışır.

*Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2015-ci ildən bu rayona rəhbərlik edir. Buna qədər isə o, Zaqatala (2006-2009) və Səbail (2009-2015) rayonunda başçı işləyib. Ümumi olaraq Asif Əsgərov 17 ildir icra başçısı işləyir.

*Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov 2013-cü ildən bu postu tutur.

*Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev isə 2012-ci ildən bu rayonda icra başçısıdır.

*Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov da gənc icra başçılarından sayılır. O, 2018-ci ildən bu rayona rəhbərlik edir.

*Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da uzun müddətdir başçı vəzifəsini icra edir. O, 2019-cu ildən Suraxanı rayonunda işləsə də, buna qədər Cəlilabad (2006-2018) və Yasamal (2018-2019) rayonlarında başçı işləyib. Ümumii olaraq Əziz Əzizovun 17 illik icra başçısı təcrübəsi var.

*Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da gənc rayon rəhbərlərindədir. O, 2019-cu ildən Yasamal rayonuna rəhbərlik edir.

*Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 2011-ci ildən bu rayona rəhbərlik edir.

*Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin də 10 illik icra başçısı təcrübəsi var. O, 2018-ci ildən Beyləqan rayonuna rəhbərlik edir. Buna qədər isə 2013-2018-ci illərdə Şamaxı rayonuna rəhbərlik edib.

*Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 2011-ci ildən bu rayona rəhbərlik edir. Buna qədər isə o, Tərtər (2005-2011) rayonunun başçısı olub. Beləliklə də Vidadi İsayev 18 ildir başçı işləyir.

*Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov isə 2020-ci ildən başçı işləyir.

*Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov isə 2016-cı ildən bu postu tutur.

*Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov da 2021-ci ildən başçı işləyir.

*Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev isə 2011-ci ildən bu rayona rəhbərlik edir.

*Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 2022-ci ildən icra başçısı işləyir.

*Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2018-ci ildən şəhərə rəhbərlik edir. Buna qədər o, 6 il Mingəçevir şəhərinin (2012-2018) başçısı olub.

*Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev isə 2011-ci ildən başçı işləyir. O, 2011-2019-cu illərdə Ağstafa rayonuna rəhbərlik edib, 2019-cu ildən isə Goranboyda başçı işləyir.

*Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev isə 2022-ci ildən icra başçısıdır.
*Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov də 2019-cu ildən başçı postunu tutur.

*Xaçmaz rayon İcra Hakimiyyətini başçısı Elnur Rzayev də 2019-cu ildən başçı işləyir.

*Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 2012-ci ildən bu rayona rəhbərlik edir. Buna qədər isə 2006-2012-ci illərdə Yardımlı rayonunda başçı işləyib. Xəzər Aslanovun 17 illik icra başçısı təcrübəsi var.

*Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2000-ci ildən bu rayona rəhbərlik edir. Şahmar Usubovov 23 illik icra başçısı stajı var.

*Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ən çox başçı işləyən şəxsdir. O, 1992-ci ildən Xocavənd rayonuna başçılıq edir. Eyvaz Hüseynov 31 ildir icra başçısıdır.

*İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev isə 2020-ci ildən başçı işləyir.

*İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da 2020-ci ildən bu postda çalışır.

*Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev da 2020-ci ildən icra başçısıdır.

*Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov isə 2022-ci ildən bu vəzifəni tutur.

*Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev isə 13 ildir rayona rəhbərlik edir. O, 2010-cu ildən Qaxın icra başçısıdır.

*Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2016-cı ildən bu rayona rəhbərlik edir.

*Qəbələ rayon İcra Hakimiyyətini başçısı Səbuhi Abdullayev isə 13 ildir (2010-cu ildən) bu rayona rəhbərlik edir.

*Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da uzun müddət icra başçısı işləyən şəxslərdəndir. O, 2011-ci ildən Qobustanda işləyir. Buna qədər isə Oğuz (1994-2002), Qəbələ (2002-2004) və Biləsuvar (2004-2011) rayonlarında icra başçısl işləyib.Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov isə 2007-ci ildən bu rayonda icra başçısı işləyir. Laçın rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli isə 2016-cı ildə bu rayona rəhbərlik edir.

*Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov isə 2022-ci ildə bu vəzifəyə təyinat alıb.

*Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da uzun müddət icra başçısı işləyənlərdəndir. O, 2012-ci ildən Lənkəran şəhərinə rəhbərlik edir. Buna qədər isə Kürdəmir (1996-2002), Cəlilabad (2002-2006), Neftçala (2006-2011) və Astara (2011-2012) rayonlarında icra başçısı işləyib. Ümumi olaraq Taleh Qaraşov 27 ildir icra başçısıdır.

*Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov isə 2022-ci ildən bu postu tutur.

*Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov isə 2018-ci ildən icra başçısı işləyir.

*Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov da 2019-cu ildən icra başçısıdır.

*Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov da 2020-ci ildən başçı işləyir.

*Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov isə 2011-ci ildən (12 il) bu rayona rəhbərlik edir.
*Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2020-ci ildən başçıdır.

*Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 2008-ci ildən başçı vəzifəsində işləyir. O, 2008-2019-cu illərdə Saatlı rayonuna rəhbərlik edib. 2019-cu ildən isə Sabirabad rayonuna rəhbərlik edir.

*Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 2012-ci ildən icra başçısıdır. O, 2012-16-cı illərdə Yardımlı rayonunda icra başçısı olub. 2016-cı ildən isə Salyan rayonuna başçılıq edir.

*Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev isə 2005-ci ildən icra başçısıdır. O, 2005-2012-ci illərdə Binəqədi rayonunun icra başçısı olub. 2012-ci ildən isə Samux rayonunun icra başçısıdır.

*Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 2019-cu ildən bu rayonun rəhbəridir. O, buna qədər Lerik (1995-2002), Goranboy (2002-2007) və Şabran (2007-2019) rayonunda başçı işləyib. Novruz Novruzov ümumilikdə 28 ildir icra başçısıdır.

*İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2015-ci ildən Sumqayıta rəhbərlik edir. Buna qədər isə o, 2005-2015-ci illərdə Abşeron rayonunda icra başçısı işləyib.

*Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov 2019-cu ildən bu rayona rəhbərlik edir. Bundan əvvəl isə o, 4 il (2015-2019) Siyəzən rayonunun icra başçısı olub. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 2018-ci ildən icra başçısıdır.

*Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2011-ci ildən bu rayondadır. Buna qədər isə 2007-2011-ci illərdə Ağstafa rayonunda icra başçısı işləyib.

*Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev isə 2021-ci ildən icra başçısıdır.

*Şirvan şəhəri İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2019-cu ildən Şirvanın icra başçısıdır. O, buna qədər Nərimanov (2004-2005) və Suraxanı (2005-2019) rayonunda icra başçısı işləyib. İlqar Abbasov 19 ildir icra başçısı işləyir.

*Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 2009-cu ildən bu rayonda icra başçısıdır.

*Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə 2014-cü ildən başçı işləyir.

*Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 2018-ci ildən icra başçısıdır.

*Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov 2015-ci ildən bu rayonda işləyir. Buna qədər isə o, Zərdab (2005-2007) və Göyçay (2007-2015) rayonunun icra başçısı olub.

*Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov 2016-cı ildən bu rayona rəhbərlik edir. Buna qədər isə 2011-2016-cı illərdə Qazax rayonunda icra başçısı işləyib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 2019-cu ildən başçı işləyir.

*Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 2009-cu ildən bu rayonda işləsə də, buna qədər 2007-2009-cu illərdə Qax rayonun icra başçısı olub.Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 2021-ci ildən icra başçısıdır.

*Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov 2019-cu ildən bu rayonun rəhbəridir. Buna qədər isə o, 2005-2019-cu illərdə Şirvan şəhərinin icra başçısı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.