Ermənilərin Qərbdə artan fəaliyyətinə qarşı səfrilərimiz fəallıqlarını artırmalı və.... POLİTOLOQ

10-08-2023, 17:14           
Ermənilərin Qərbdə artan fəaliyyətinə qarşı səfrilərimiz fəallıqlarını artırmalı və.... POLİTOLOQ
Erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirib. Son günlər Qərb ölkələrində Azərbaycan əleyhinə açıqlama və məqalələrin sayı artıb. Buna fikir verməmək də olar, Qarabağın tamamını nəzarətə götürmək məsələsində hələ ki, bizə əngəl yaradacaq ciddi amil yoxdur.
Buna baxmayaraq, Ermənistan hökuməti + Qarabağ separatçıları + erməni lobbisi ilə həmfikir olanların öz ölkələrində Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmasına da seyrçi qalmaq mümkün deyil. Prezidentin köməkçisi Hikmət Hacıyev az qala hər gün Qərbdə kiminsə açıqlamasına və məqaləsinə cavab vermək məcburiyyətindədir.
Ancaq bu yalnız Hikmət Hacıyevin işi olmamalıdır, səfirlərimiz indiki həssas dövrdə fəallıqlarını artırmalıdırlar, çalışdıqları ölkələrin ictimai rəyinə təsir edən yazarlarıyla görüşməli, fikir mübadiləsi aparmalı və haqlı mövqeyimizi onlara izah etməlidirlər.
Bundan da nəticə çıxmayacaqsa, özləri məqalə hazırlayıb müxtəlif nəşrlərdə və saytlarda yayımlanmasına nail olmalıdırlar.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.