Dünyanın üç məşhur təşkilatı Qubad İbadoğluya azadlıq istədi

11-08-2023, 08:38           
Dünyanın üç məşhur təşkilatı Qubad İbadoğluya azadlıq istədi
İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) və digər insan haqları təşkilatları Azərbaycanda akademik Qubad İbadoğlunun həbsi, saxlanması və ağır həbs şəraitindən dərin narahatlığını ifadə edib.

Gununsesi.info bildirir ki, bu barədə təşkilatın yaydığı bəyanatda qeyd olunub.

Təşkilat Azərbaycan hakimiyyətini Qubad İbadoğlu və İradə Bayramovanın həbsi ilə bağlı vəziyyətlə əlaqədar müstəqil və qərəzsiz araşdırma aparmağa çağırıb, iqtisadçıya qarşı irəli sürülən ittihamların saxta və siyasi motivli olduğuna əmin olduqları üçün onun dərhal azadlığa buraxılmasını tələb edib.

Bəyanatda Qubad İbadoğlunun ağır şəraitdə saxlanıldığı vurğulanıb:

“Ailəsi onun 2-ci tip şəkərli diabetdən, ürək xəstəliyindən və göz zəifliyindən əziyyət çəkdiyini, həbs olunduqdan sonra müalicə üçün lazımi dərmanları, qidanı, təmiz içməli suyu almaqda çətinlik yaşadığını bildirib. Onun kamerasında hava sirkulyasiyası, təbii işıq və lazımi sanitar şərait yoxdur”, – bəyanatda bildirilib.

Qeyd edilib ki, siyasətçiyə qarşı güc tətbiqi, pis rəftar, tibbi yardımdan imtina, saxlanma şəraitinin pis olması qeyri-insani və ləyaqəti alçaldan rəftardır:

“Bu, həm Azərbaycan qanunvericiliyi, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları konvensiyaları ilə qəti şəkildə qadağandır. Bunlara, xüsusən də, Birləşmiş Millətlər Təşkilatının İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası (UNCAT), İnsan Hüquqları üzrə Avropa Konvensiyası (AİHM) və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt (MHMM) daxildir. Bu müqavilələrin iştirakçısı olan dövlət kimi Azərbaycan bütün insanların, o cümlədən məhbusların ləyaqətini və hüquqlarını qorumağa və onlara hörmətlə rəftar edilməsini, adekvat tibbi yardımın göstərilməsini, saxlanmanın humanist şəraitini və hər hansı formada cinayətlərdən qorunmasını təmin etməyə borcludur. İnsan hüquqları və qanunun aliliyi prinsiplərini qorumaq üçün bu öhdəliklərin hər hansının pozulması hərtərəfli araşdırılmalı və aradan qaldırılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.