“Bakı sülh üçün yaranmış tarixi fürsəti əldən verməməlidir” - Paşinyan belə deyir...

11-08-2023, 16:05           
“Bakı sülh üçün yaranmış tarixi fürsəti əldən verməməlidir” -
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda hökumətin iclasını keçirib. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, baş nazir bir sıra məsələlərlə yanaşı, Qarabağdan da danışıb.

O iddia edib ki, Qarabağda “humanitar böhran” dərinləşməkdə və genişlənməkdə davam edir. Paşinyan bununla kifayətlənməyib, bir başqa iddia ilə də çıxış edib. “Qarabağa humanitar malların girişinə qoyulan qadağa Azərbaycanın Qarabağ ermənilərini soyqırıma məruz qoymaq siyasəti ilə bağlı bəyanatları daha etibarlı edir”.

Onun sözlərinə görə, vəziyyətin ən yaxşı həlli Azərbaycanın Laçın dəhlizinin blokadasının aradan qaldırılması, beynəlxalq mexanizm çərçivəsində Xankəndi-Bakı dialoqunun başlanmasıdır. “Ermənistan Respublikası rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti ləğv etməyə yönəlmiş addımlardan çəkinməyə çağırır”.

P.S. Gör, kim kimi sülhdən danışır? Kim kimə “arixi fürsət”dən bəhs edir? Kim soyqırımdan danışır? Bu həyasızlığın son həddidir. Bunun başqa adı yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.