Bu abituriyentlər də müsabiqəyə buraxılır - Sədr

11-08-2023, 13:41           
Bu abituriyentlər də müsabiqəyə buraxılır - Sədr
150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupları üzrə ixtisas seçimləri ilə bağlı keçirdiyi canlı yayımda deyib.

Hər bir ixtisas seçimi üzrə müxtəlif keçid ballarının olduğunu söyləyən DİM sədri abituriyentlərin bu şərtləri çox vaxt səhv saldıqlarını bildirib.

M.Abbaszadə xatırladıbki, bununla yanaşı məhdudiyyət tətbiq edilən əsas ixtisaslar da mövcuddur: "Burada buraxılış və blok imtahanında 200 bal və daha yüksək nəticə göstərən abituriyentlər ixtisas seçimi müsabiqəsinə buraxılır. Amma onlar blok imtahanında minimum 100 bal toplamalıdırlar. Bu məhdudiyyət əsas ixtisaslara aiddir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru