"Putin Paşinyanı devirmək istəmir" - "O, etibar etmədiyi insanla danışmır..."

25-09-2023, 09:14           
"Putin Paşinyanı devirmək istəmir" -
Rusiya və Türkiyə arasında nə Qarabağ, nə də Ermənistala bağlı fikir ayrılığı yoxdur, «artsax» layihəsinin bitməsi isə Qərbdəki güclərin Qafqazda manipulyasiya imkanlarına son qoydu.

"AzPolitika.info" xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq Maksim Şevçenko RTVI kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərində yaradılan separatçı rejim daha çox Qərbdəki erməni diasporunun layihəsi olub.

Politoloq Qarabağ "problemini" "bulanıq su"ya bənzədib.
«Bu «bulanıq su» uzun illər boyu Qərb dövlətlərinin Qafqazdakı proseslərə müdaxilə və manipulyasiyalar etməsi üçün imkanlar verirdi. Hətta Parisin meri İdalqo dai Qarabağa «at çapırdı». İndi bir anda bu qədər adam «işsiz» qalıb. İllərdir erməni məsələsində manipulyasiya edən, sepuklyasiyalarla özünə siyasi ad və sərvət qazanan adamlar uduzdular. Ermənistan isə əslində qalib gəldi. Çünki Ermənistanın boynunda bir geopolitik yük var idi, erməni xalqına bu yükü daşımaq, manipulyasiyalara tab gətirmək çətin idi, onlar heç də yaxşı yaşamırdılar. Onlar üçün bu o deməkdir ki, artıq ölkələri manipulyasiyalar hədəfi olmayacaq. Bundan sonra isə Ermənistan rəhbərliyi diqqətini ancaq ölkənin inkişafına yönəldə biləcək» — deyə, Şevçenko qeyd edib.

Onun sözlərinə görə, Paşinyanın ABŞ-la birgə təlimləri və Rusiya barədə açıqlamaları Putini heç də qıcıqlandırmayıb.

«Kremlə yaxın dairələrdə hərə bir söz deyə bilər. Amma Putin özü bildirib ki, hər şey nəzarət altındadır. O, etibar etmədiyi insanla danışmır, danışıqlar aparmır. Zelenski ilə bunu gördük. Paşinyana qarşı olan qüvvələr sadəcə manipulyasiyalar etmək, qazanmaq imkanını itirənlərdir. Düşünürəm ki, Paşinyanı devirə bilməyəcəklər. Çünki bunu Putin də istəmir. Moskvada kimlərin nə danışdığı önəmli deyil, Putinin Paşinyanla bağlı belə bir planı yoxdur», — deyə Maksim Şevçenko vurğulayıb.

Şevçenko Ermənistan barədə danışarkən, 330 min azərbaycanlının bu ölkədən qovulduğunu da qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.