“Planı” hazırlayan Qərbdəki mərkəzə də elə bu lazım idi, Qarabağ ermənilərinə “yardım” onlar üçün maraqlı deyildi.

25-09-2023, 08:44           
“Planı” hazırlayan Qərbdəki mərkəzə də elə bu lazım idi,
Ermənistanın iki aydır Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində gözləyən və “Spayka” şirkətinə məxsus 22 maşının geri qayıtması psixoloji mübarizənin bu mərhələsini də Azərbaycanın xeyrinə bitirdi. Fikrimcə, Azərbaycan ərazisinə icazəsiz şəkildə “humanitar yük” gətirmək ideyası baş nazir Nikol Paşinyana məxsus deyil.
Onun ağlı bu qədər iti deyil. Bu “planı” Qərb ölkələrinin birində hazırlayıblar və Paşinyanı inandırıblar ki, “Sən yükləri qəfil sərhədə göndər, Azərbaycan yolu açmasa Bakıya təzyiq edəcəyik”.
Ancaq bu “plan” alınmadı. “Laçın istiqamətində gözləyən 22 yük maşını” əməliyyatının pozulmasında rəsmi Bakının Ağdam-Xankəndi yolundan istifadə təklifinin də rolu oldu. Azərbaycana qarşı təxribatçı planı hazırlayan mərkəzin digər məqsədi Ermənistan-Rusiya münasibətlərinin daha da gərginləşdirilməsi olub.
Çünki “planı” hazırlayan mərkəz anlamamış deyildi ki, Azərbaycan Laçın yolunu açmayacaq. Yol açılmadığı təqdirdə Ermənistan hakimiyyəti Rusiyaya müraciət edəcəkdi.
Belə də oldu. Ancaq Rusiya məsələyə qarışmadı və bu halda İrəvanla Kreml arasındakı gərginlik artdı. “Planı” hazırlayan Qərbdəki mərkəzə də elə bu lazım idi, Qarabağ ermənilərinə “yardım” onlar üçün maraqlı deyildi.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.