Nəhayət ki, bölgəmizə sülh, rifah, ədalət gəlsin...

25-09-2023, 11:03           
Nəhayət ki, bölgəmizə sülh, rifah, ədalət gəlsin...
Ermənistanın “NEWS.am” saytı, “Cəhənnəmdə kiçicik həyat”, adlı başlıqla bu fotonu paylaşıb (yazılana görə dünən çəkilən fotodur), Qarabağımızın Ağdarə (Mardakert) şəhəridir. Fotoda erməni uşaqlar sakitlik şəraitində öz həyətlərində oynayırlar, əylənirlər, amma xəstə təxəyüllü qonşularımız (NEWS.am Ermənistan müxalifətinə, “Qarabağ klanına” yaxın saytdır) bu mənzərəni “cəhənnəm” adlandırırlar.

Bir neçə foto var, linki şərhlərdə asacam, özünüz baxarsınız, amma bu illər ərzində başqa fotolar da görmüşəm, Xənkəndidən, Ağdarədən, Xocavənddən – hər yerdən köhnəlik, sovetvari yaşayış yağır. Yaxşı, 30 il işğal etdiyiniz Qarabağ ətrafında olan rayonlarımızı dağıtdız, sökdüz-daşıdız, xaraba qoyduz, çünki bilirdiz ki, bir gün torpağın sahibi gələcək, sizinki deyil, amma bəs özünüz onillərlə yaşadığınız, son 30 ildə qanunsuz qondarma rejim qurub həyat sürdüyünüz yerləri nədən təmir etmədiz, gözəlləşdirmədiz, abadlaşdırmadız?! Pul ki, var idi, hər il Ermənistan büdcəsindən 250-300 mln. dollar, lobbi təşkilatlarından 30-40 mln. dollar, müxtəlif ölkələrdən humanitar yardım kimi 40-50 mln. dollar alırdız, işğal etdiyiniz bölgələri vəhşicəsinə istismar edib ilə 100-150 mln dollar da ordan götürürdüz, yəni, hər il 500-550 mln. dollar büdcəniz olurdu, yeyib-bitirməsəz, korrupsiya ilə mənimsəməsəz bu illər ərzində orada yeni tikililər, infrastruktur, normal həyat qurmaq mümkün idi, nədən etmədiz?! Bu yerləridəmi özününüzki saymırdız, deməli əmin deyildiz ki, sizin olacaq, eləmi?! Son 30 ildə qondarma rejimə, azı, 10-12 mlrd. dollar pul daxil olub və rejimin başbilənləri, Qarabağ klanı tərəfindən həzm edilib.
Amma Qarabağımız çiçəklənəcək, erməni uşaqları da yaxşı təmir olunmuş baxçalarda, meydançalarda əylənəcəklər, kim qalacaqsa, xeyrini görəcək, yaxşı yaşayacaq. Çünki biz toplum olaraq beləyik, əziyi əzmirik, sürünəni dikəldirik, özümüz yemirik-yedizdiririk. Getmək istəyənlər də özləri bilər, amma onların böyük əksəriyyəti Ermənistanda uyğunlaşa bilməyəcək, çünki o toplum üçün yaddırlar, kodları başqadır, Ermənistan erməniləri də itirdikləri 30 ilin, yıxılan xəyallarının, ölüm-itimin baiskarı kimi məhz onları, Qarabağ ermənilərini görürlər. Gedənlər, çox güman, qaçqın statusu alıb Avropaya, ABŞ-a üz tutacaqlar, yaşı 50-dən yuxarı olanlar orda xiffət çəkib həyatdan köçəcəklər, gənclər daha tez uyğunlaşacaq, bir müddət sonra onlar da (elə bu fotoda olan uşaqlar da) aqressiv erməni lobbisinin iştirakçıları olub bölgədə revanşizm toxumları əkərək gələcəkdə problem yaradacaqlar. Ona görə də, getməsinlər, qalsınlar (bu fotoda olan uşaqlar da azərbaycanlı (bir daha - bu ifadə etnik kimlik deyil də, vətəndaşlıq tanımı, üst kimliyimizdir) kimi böyüsünlər, nəhayət ki, bölgəmizə sülh, rifah, ədalət gəlsin...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.