“Sevimli” “sülhməramlı”lar niyə Laçını bu dəfə “13” işarəsi ilə xəritələrinə daxil etdi?..

25-09-2023, 09:52           
“Sevimli” “sülhməramlı”lar niyə Laçını bu dəfə “13” işarəsi ilə xəritələrinə daxil etdi?..
10 noyabr 2020-ci ildən 2023-cü il sentyabrın 19-dək avtobuslarla on minlərlə qaçqın(?) ermənini Qarabağa daşıyan, oradakı terrorçu haykların silah-sursat təchizatını, hərbi təlimlərini və s. təmin edən, amma Azərbaycan ordusunun son antiterror əməliyyatından sonra Kremlin planlarına uyğun olduğundan 180 dərəcə dönüb, əksinə, terrorçuları tərksilah edən, silahsız erməniləri Ermənistana daşıyan və buna görə də bir sıra sadəlöhv soydaşlarımızın gözündə artıq “sevimli” olan “sülhməramlı”ların Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında təqdim olunan gündəlik dislokasiya xəritəsində Azərbaycan dövlətinin müstəqillili və suverenliyinə qarşı növbəti virtual təxribata yol verib.


Moderator.az-ın araşdırmasından bəlli olur ki, Rusiya “sülhməramlı” kontingentinin 24 sentyabr 2023-cü il tarixli dislokasiya xəritəsində Azərbaycan Respublikasnın 26 avqust 2022-ci ildən artıq rəsmən dövlətimizin və ordumuzun nəzarətinə keçmiş, 28 may 2023-cü ildən Prezident İlham Əliyevin şəxsən iştirakıyla ilk keçmiş məcburi köçkün ailələrin köçürülərək yeni, təmirli evlərlə təmin olunduğu Laçın şəhərini bir daha məsuliyyət zonalarına daxil etməklə yanaşı, həm də dünyada xeyli insanın “nəhs” sandığı “13” rəqəmi ilə qeyd ediblər...

Artıq bir ildən çoxdur ki, müvafiq qurumlara Rusiya MN-in Laçın şəhərinə qarşı “virtual işğal” oyunları ilə bağlı dəfələrlə suallar
ünvanlamışıq...

Bu da növbəti sual: “Görəsən, “sevimli” “sülhməramlı”lar Laçın şəhərini guya 13 saylı müşahidə-nəzarət postlarının yerləşdiyi məntəqə kimi öz məsuliyyət zonalarına daxil etməklə nə demək istəyirlər? Bu da “en”inci texniki səhvdir?..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.