Ümid edirəm bu "yenilik" ölkədə "rəqəmsala" cavabdeh olan RİNN ilə bağlı deyil

26-09-2023, 09:14           
Ümid edirəm bu "yenilik"  ölkədə "rəqəmsala" cavabdeh olan RİNN ilə bağlı deyil
İqtisadiyyat Nazirliyi və 4SİM "Yeni nəsil iqtisadiyyatda süni intellekt"lə bağlı faydalı bir tədbir təşkil edib.
Elə dərhal diqqətimi cəlb etdi ki, təşkilatçılar cəmiyyətə YENİ TERMİN təqdim ediblər.
"Rəqəmsal iqtisadiyyat" əvəzinə "Yeni nəsil iqtisadiyyatı" söz birləşməsindən istifadə ediblər.
Amma maraqlıdır ki, çıxış edənlərin heç biri "yeni nəsil iqtisadiyyat" terminindən istifadə etmədilər, elə "rəqəmsal iqtisadiyyat" -dan istifadə etdilər.
Açıq -açkar hiss olunurdu ki, bu termin tələm-tələsik dövriyyəyə buraxılıb.
Düzü, bu "yeniliyə" çox təəccübləndim.
Ümid edirəm bu "yenilik" ölkədə "rəqəmsala" cavabdeh olan RİNN ilə bağlı deyil
Yeri gəlmişkən, tədbirdə RİNN rəsmiləri də gözə dəymirdi.
Xatırladıram ki, RİNN "Rəqəmsal transformasiya" konsepsiyası hazırlayıb və "Süni intellekt" strategiyası üzərində işlədiyini də bildirmişdi.
Beynəlxalq əməkdaşlıq səviyyəsində, çoxsaylı maraqlı tərəflərin iştirakı səviyyəsində təşkil olunan bu tədbir faydalıdır.
Bununla belə sektorda əsas maraqlı və cavabdeh tərəfin tədbirdə iştirak etməməsi də diqqət cəlb edəndir və doğru bir hal deyil.
Daha doğru, daha faydalı və əhəmiyyətli olardı ki, təşkilatçılar rəqəmsal sektorun inkişafına cavabdeh olan RİNN ilə əməkdaşlıq çərçivəsində bu cür işləri təşkil edərdilər.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.