Qazi Ağsu İcra Hakimiyyətindəki qəbuldan çıxıb İNTİHAR ETDİ

1-11-2023, 19:13           
Qazi Ağsu İcra Hakimiyyətindəki qəbuldan çıxıb İNTİHAR ETDİ
Ağsu rayonunun Ülgüc kəndində yaşayan Vətən müharibəsi qazisi, 1992-ci il təvəllüdlü Babayev Rabil Kamal oğlu intihar edib. O, yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub.
Teref.az yazır ki, bunu sosial şəbəkə fəali Лейла Гасанова yazıb. Daha sonra Leyla xanım yazır:
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

Qarabağ qazisinin döyüş yoldaşlarının saytımıza verdiyi məlumata görə, Rabil Babayevin sosial durumu çox ağır olub. O, dəfələrlə işlə təmin olunması üçün aidiyyəti qurumlara müraciət etsə də, qazinin sosial problemi həllini tapmayıb. O, sonuncu dəfə Ağsu rayon İcra Hakimiyyətinə iş üçün müraciət edib və oradan evə geri qayıdan kimi intihar edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, bilinmir. Onun cibindən məktub tapılıb.
Ruhu şad olsun!
Teref.az
ÜZÜCÜ XƏBƏRLƏR Qazi Ağsu İcra Hakimiyyətindəki qəbuldan çıxıb İNTİHAR ETDİ ?Ağsu rayonunun Ülgüc kəndində yaşayan Vətən müharibəsi qazisi, 1992-ci il təvəllüdlü Babayev Rabil Kamal oğlu intihar edib. O, yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub. ?Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. ?Qarabağ qazisinin döyüş yoldaşlarının saytımıza verdiyi məlumata görə, Rabil Babayevin sosial durumu çox ağır olub. O, dəfələrlə işlə təmin olunması üçün aidiyyəti qurumlara müraciət etsə də, qazinin sosial problemi həllini tapmayıb. O, sonuncu dəfə Ağsu rayon İcra Hakimiyyətinə iş üçün müraciət edib və oradan evə geri qayıdan kimi intihar edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, bilinmir. Onun cibindən məktub tapılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.